AZ

Afrika prezidentlərinin avtomobilləri

Afrika prezidentlərinin istifadə etdikləri avtomobillər ölkənin iqtisadi vəziyyətinə, təhlükəsizlik ehtiyaclarına və şəxsi seçimlərinə görə fərqlənir. Ümumiyyətlə, Afrika liderləri zirehli və lüks avtomobillərə üstünlük verirlər.

News24.az bəzi Afrika prezidentlərinin avtomobillərini təqdim edir:

Nigeriya – "Toyota Land Cruiser" və "Mercedes-Benz S-Class"

Nigeriya prezidentləri əsasən zirehli "Mercedes-Benz S-Class" və "Toyota Land Cruiser" modellərindən istifadə edirlər.

Cənubi Afrika Respublikası (CAR) – "BMW 7-Series" və "Mercedes-Benz S-Class"

Bu avtomobillərdə xususi rabitə sistemi mövcuddur.

Keniya – "Mercedes-Maybach S-Class" və "Range Rover Sentinel"

Keniyanın hazırkı prezidentinin avtomobilləri aşınmaya davamlı və hücuma qarşı müdafiə sistemi ilə təchiz olunub.

Misir – "BMW 7-Series" və "Mercedes-Benz G-Class"

Misirin prezidenti üçün xüsusi hazırlanmış "BMW 7-Series" və "Mercedes-Benz G-Class" avtomobilləri mövcuddur.

Hər iki avtomobil zirehli və güclü mühərikkə sahibdir.

Ruanda prezidenti əsasən "Range Rover Sentinel" və "Toyota Land Cruiser V8" kimi etibarlı və güclü avtomobillərdən istifadə edir.

Uqanda prezidenti Mercedes-Benz Pullman Guard avtomobilindən istifadə edir ki, bu da yüksək dərəcədə təhlükəsizlik təmin edir.

Anqola – "Rolls-Royce Phantom"

Anqolanın keçmiş prezidentlərindən biri "Rolls-Royce Phantom" avtomobili ilə diqqət çəkir. Bu, salonunda xususi əl işləmələri və əlavə proqramların quraşdırıldığı bir luks maşındır.

Afrika prezidentlərinin avtomobilləri əsasən zirehli və lüks modellərdir. Bu seçimlər onların təhlükəsizliyini və ölkənin imicini qorumaq üçündür.


Ağa Dadaşzadə


Seçilən
56
news24.az

1Mənbələr