AZ

Bu rayonda peşə təhsili verən təhsil müəssisəsi yoxdur - Deputat

Bakı. Trend:

Qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isəpeşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasınaxidmət edən əlavə və dəyişikliklər, nə qədər priorotet olsa da,təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və dahageniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla,qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasınaxidmət etməlidir. Bu sıraya, qanunvericilik səviyyəsində olmasa da,digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alangənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçikbiznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati vəhüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxiledilməlidir.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu günkeçirilən plenar iclasında “Təhsil haqqında” və “Peşə təhsilihaqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsindəçıxışı zamanı deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, Ağsu rayonu onu əhatə edəninzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşətəhsili verən təhsil müəssisəsi yoxdur:

“Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontektindənyanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhaliningediş-gəlişi baxımından, nəzəri deyil, sahə üzrə yanaşmalarınzəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getməkdaha rahatdır, nəinki dolayları aşaraq, Şamaxıya və ya Qobustana.Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədəAğsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənayemüəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayətqədərdir. Xatırladım ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay,İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədrisolunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birinitəkrarlayır.

Məsələn, “Geniş profilli traktorçu-maşinist, təmirçi çilingər”ixtisası adlarını sadaladığım rayonlarda fəaliyyətdə olan peşəməktəblərinin hər birində var. Eyni fikri “Elektrik qazqaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik montyoru”, “Baytartexniki”, “Avtomobil təmiri” və digər ixtisaslarla bağlı demək dəmümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlardaən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda, yalnızKürdəmirdə belə bir peşə tədris edilir. Və yaxud ərazidə yaşayanəhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da “Kənd təsərrüfatıməhsullarının istehsalı üzrə fermer” peşəsi, yalnız Göyçay peşəliseyində var”.

Deputat vurğulayıb ki, Şamaxıda, Göyçayda, İsmayıllıda kollecvar. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır.

“Amma Ağsuda nə peşə məktəbi, nə də kollec yoxdur və bu daşübhəsiz ki, rayonda təhsilin səviyyəsinə və elm və təhsillə bağlıümumi atmosferə öz mənfi təsirini göstərir. Hökumətimizi Ağsurayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlıtəşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm, peşə vəkollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiyaAğsu aşırımını aşıb keçə biləcək. Eyni zamanda Heydər Əliyevfonduna Ağsuda təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi vəkeçirməyi planlaşdırdığı layihələrə görə dərin minnətdarlığımıbildirirəm”, - deyə deputat qeyd edib.

Məqalədə:
Seçilən
95
8
az.trend.az

10Mənbələr