AZ

Türkmənistan və Əfqanıstan Dəmir Yolu Sahəsində Yeni Sazişlər İmzaladı

BAKI,TurkicWorld

Əfqanıstanın Dəmir Yolu İdarəsi ilə Türkmənistan Dəmir Yolu agentliyi arasında razılaşma əldə olunub.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Əfqanıstanın dəmir yolu nəqliyyatı üzrə ictimai işlərə nəzarət edən nazir müavini Mohammad İshaq Sahibzadə rəhbərliyindəki texniki nümayəndə heyəti Türkmənistanda səfərdə olub.

Qeyd edilib ki, müqaviləyə əsasən aşağıdakı razılaşmalar əldə olunub:

  • Turgundi dəmir yolu stansiyasının genişləndirilməsi,
  • Akina-Andxoy dəmir yolu xəttinin 10 kilometrlik hissəsinin tikintisinin tamamlanması,
  • 55 kilometrlik Andxoy-Şibərqan dəmir yolu xəttinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması,

kimi layihələr həyata keçiriləcək.

Yaxın zamanda əldə olunan razılaşmalara uyğun olaraq konkret müqavilələr imzalanacaq və layihələrin icrasına başlanılacaq.

Türkmənistan uzun illərdir Əfqanıstanın dəmir yolu infrastrukturunun modernləşdirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Turgundi dəmir yolu stansiyasında anbar kompleksinin inşası, eləcə də Türkmənistan-Əfqanıstan arasında Türgundi-Herat dəmir yolunun ilk mərhələsi olan 22 kilometrlik Turgundi-Sanabar xəttinin tikintisi davam etdirilir.

Seçilən
46
turkic.world

1Mənbələr