AZ

SEPAH ilə əlaqəsi olduğu iddia edilən keçmiş Amerika dəniz piyadası Çikaqo məhkəməsində günahını etiraf edib

SEPAH ilə əlaqəsi olduğu iddia edilən keçmiş Amerika dəniz piyadası Çikaqo məhkəməsində, 2022-ci ildə İllinoys ştatında hərbi dəniz obyektinə ziyan vurmağa cəhd etməklə bağlı günahını etiraf edib.

Amerika Ədliyyə Departamentinin məlumatına görə, o, Çikaqonun Böyük Göllər bölgəsində yerləşən Hərbi Dəniz Stansiyasına qəsdən zərər vurmaq və məhv etmək cəhdi  ittihamlarını boynuna alıb.

O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin intiqamını almaq üçün Amerikaya qarşı mümkün hücum planları ilə bağlı kömək üçün Kolumbiyada bir şəxslə əlaqə saxlamaqda ittiham olunur.

CBS News-un məlumatına görə, Xuanyu Panq adlı bu şəxs Çin əsilli Amerika vətəndaşıdır, 1998-ci ildə Amerikaya mühacirət edib və 2022-ci ildə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə yazılıb və təlim keçmək üçün Böyük Göllər Hərbi Dəniz Stansiyasında yerləşdirilib.

visiontv.az



Seçilən
25
visiontv.az

1Mənbələr