Ceff Bezosa məxsus "Blue Origin" şirkəti amerikalı müğənni Keti Perrinin kosmosa səyahət edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, NS-31 missiyası çərçivəsində təxminən 10 dəqiqəlik kosmos səyahəti baş tutacaq.
Perri ilə yanaşı Bezosun nişanlısı Lauren Sançez, jurnalist Qeyl Kinq, NASA-nın keçmiş raket alimi Aisha Bowe, alim Amanda Nguyen və film prodüseri Kerianne Flynn də iştirak edəcək.
Qeyd edək ki, "New Shepard" raketinin göyərtəsində insan tərəfindən 11-ci kosmik uçuşu olacaq. Raket indiyədək kosmosa 52 nəfər aparıb.
Ağa Dadaşzadə