Bakıda və Abşeron yarımadasında martın 1-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2-7° şaxta olacaq.
Ölkə ərazisində bəzi yollar buz bağlayacaq