AZ

Azərbaycanın U-21 millisində yeni baş məşqçi - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

Tezliklə Azərbaycanın U-21 millisinə yeni baş məşqçi təyin olunacaq.

QOL.az-ın xəbərinə görə, bununla bağlı AFFA rəhbərliyi ilə "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov arasında danışıqlar aparılıb və razılıq əldə edilib. Təyinatla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən veriləcək.

Daha əvvəl sport24.az saytının da yazdığına görə, AFFA U-21 millisini "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşıracaq.

Qarşılıqlı razılıq əsasında Abbasov həm klubda, həm də yığmada çalışacaq. Assosiasiyanın planına əsasən bölgə təmsilçisi gənclər yığmasının əsas bazasını təşkil edəcək.
 
Qeyd edək ki, Samir Əliyevin gedişindən sonra U-21-in baş məşqçisi postu boş qalmışdı.

Seçilən
52
teleqraf.com

1Mənbələr