AZ

Tramp Avropaya açıq siqnal göndərib -"Politico"

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Vaşinqtona səfəri öncəsi Avropa İttifaqına açıq siqnal göndərib. Bu barədə "Politico" nəşri məlumat yayıb.

"Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerin ABŞ-ın Ukraynaya daha güclü öhdəliyi barədə ümidsiz çağırışından təsirlənmir", - müəllif yazıb.

Qeyd olunub ki, ABŞ prezidenti Avropaya hər hansı vəd vermək niyyətinin olmadığını nümayiş etdirib və bu, bir çox Avropa İttifaqı siyasətçisini ayıldıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 



Tural

Seçilən
52
news365.az

1Mənbələr