AZ

ABŞ anti-Rusiya sanksiyalarının müddətini daha bir il uzatdı

ABŞ prezidenti Ukraynadakı vəziyyətlə bağlı əvvəllər qəbul edilmiş anti-Rusiya sanksiyalarının uzadıldığını açıqlayıb. Bu barədə Ağ Evin fevralın 27-də açıqlanan sənədlərində deyilir.

“13660 saylı fərmanla elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il uzadıram” – Donald Tramp bildirib.

Söhbət 2022-ci ilin fevralında, 2018-ci ilin sentyabrında, 2014-cü ilin mart və dekabrında qüvvəyə minmiş məhdudiyyətlərdən gedir. “Bu sərəncamlarda qeyd olunan hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir”, – izahat yazısında deyilir.

Xatırladaq ki, fevralın 27-də İstanbulda hər iki ölkənin səfirliklərinin işi ilə bağlı məsələlərə həsr olunmuş Rusiya-Amerika danışıqları keçirilib. Bu həftənin əvvəlində Ağ Ev rəhbəri bildirib ki, gələcəkdə Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarına baxıla bilər.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
16
editor.az

1Mənbələr