Bakı. Trend:
Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması işlərisürətlə davam etdirilir.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumatverilib.
Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühümbir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidənqurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
"Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdəhəyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlıhissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndisqurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid,eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülüsuötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlərhəmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidənqurulmasını nəzərdə tutur.
Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərininyekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isədavam etdirilir. Həmçinin birinci mərhələ üzrə mövcud dəmir yolunun50 faizi demontaj olunub, işlər davam etdirilir", - ADY-dənbildirilib.
Qeyd edilib ki, Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin birincimərhələsində yol geyiminin dayanıqlılığının artırılması üçüngeoqriddən (torpaq qatının möhkəmləndirilməsi, torpağın eroziyadanqorunması və su axınının tənzimlənməsi üçün hazırlanan torşəkillisintetik mühəndislik materialı) istifadə olunur.
"Geoqridin çəkilməsi xərclərin optimallaşdırılmasına müsbəttəsir edir. Bundan başqa, qrunt sularının səviyyəsinin yüksəkolması dəmiryol yatağının çökməsinə gətirib çıxara bilər. Bununqarşısının alınması üçün beynəlxalq təcrübədə geoqriddən istifadətövsiyə olunur.
Layihə üzrə ikinci mərhələ Kür çayı üzərində inşası 2023-cü ildətamamlanmış və artıq istismara verilmiş cüt dəmir yolukörpülərindən ibarətdir. Üçüncü və dördüncü mərhələlər üzrə isəlayihələndirmə işləri davam etdirilir.
Qeyd edək ki, Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisininəhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənubdəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumidəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eynizamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydedilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəlikəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işlərigörülür", - ADY-dən bildirilib.
Qeyd edilib ki, tikinti işlərinin 2028-ci ilədək başaçatdırılması planlaşdırılır.