Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.
Xezerxeber.az xəbər verir ki, hadisədən xəbər tutan tibb müəssisəsinin işçiləri dərhal uşağı sanitar qovşaqdan götürüb, körpəyə və anaya təcili tibbi yardım şöbəsində zəruri yardım göstəriblər. Məlumata görə, uşaq sanitar qovşaqdan götürülən zamanı ağır vəziyyətdə olub.
Xezerxeber.az mövzu ilə bağlı görüntüləri təqdim edir: