AZ

Ağcabədidə qəza oldu -

Fevralın 26-da Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Hüsülü kəndi ərazisində "KamAZ" markalı yük maşını ilə iki minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan şəxslərdən 1979-cu il təvəllüdlü Allahverdi İmanov hadisə yerində, onun atası 82 yaşlı Yusif İmanov isə xəstəxanada vəfat edib.

Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
45
5
metbuat.az

8Mənbələr