AZ

Donald Tramp Vladimir Putinə nə dərəcədə inanır: Etibar et, amma yoxla

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı Rusiya ilə əldə edilə biləcək sülh razılaşmasının təsirli olacağını bildirib.

O hesab edir ki, Rusiya tərəfinin onu pozmaq ehtimalı azdır. “Düşünürəm ki, Rusiya özünü yaxşı aparır… Məncə, biz saziş üzrə çox yaxşı irəliləyiş əldə etmişik, lakin biz hələ razılığa gəlməmişik”, – Tramp Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında deyib.

Rusiya prezidenti Vladimir Putinə etibar etmək olarmı? sualına Donald Tramp belə cavab verib: “Güvən, amma yoxla”.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr