AZ

"Mançester Siti" Qvardiolanın yerinə onu gətirəcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2025-ci ilin yayında tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Elgoldigital” məlumat yayıb.

“Şəhərlilər”in rəhbərliyi komandanın yenidən strukturlaşmaya ehtiyacı olduğunu hesab edir. Buna görə də Pepi əvəzləyəcək mütəxəssisi tapıb. “Mançester Siti”nin baş məşqçisi vəzifəsind əsas namizəd “Jirona”ya rəhbərlik edən Mişeldir.

Ötən mövsüm onun komandası La Liqada üçüncü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

“Jirona” “Mançester Siti”nin də sahibi olan “City Group”a aid olduğundan, Mişelin İngiltərə klubuna keçidində heç bir problem olmayacaq.

Seçilən
33
publika.az

1Mənbələr