AZ

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir

Azərbaycanda martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21°, gündüz 2-7° şaxta olacağı ehtimal edilir.

Ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

Seçilən
29
49
yeniazerbaycan.com

10Mənbələr