AZ

Kanadada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Kanadanın paytaxtı Ottavada və Toronto şəhərində Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət vəMədəniyyət təşəbbüsü və təşkilatçılığı ilə məlumatlandırmaaksiyaları baş tutub.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, aksiyalar zamanı Xocalı soyqırımı həqiqətlərininəks olunduğu LED ekranlı avtomobillər şəhərin mərkəzində, xüsusilədə qanunvericilik binalarının yerləşdiyi küçə və meydanlardahərəkət ediblər.

Ekranda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımıqurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlərdə“Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Xocalısoyqırımı, 26 fevral 1992”, “Xocalı münaqişənin ən böyükqırğınıdır”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girovgötürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib.130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhvedilib”, “Erməni hərbi cinayətkarlarını məsuliyyətə cəlb edin!”kimi Xocalı soyqırımının dəhşətlərini əks etdirən şüar vəçağırışlar da yer alıb.

Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Seçilən
58
3
az.trend.az

4Mənbələr