AZ

Ceff Bezos nişanlısı Loren Sançesi kosmosa göndərir

Milyarder Ceff Bezosun aerokosmik şirkəti “Blue Origin” kosmosa tamamilə qadınlardan ibarət ekipaj göndərir. “Variety” xəbər verir ki, bura Bezosun nişanlısı Loren Sançes, müğənni Keti Perri və “CBS Mornings”-in aparıcısı Geyl King daxildir.

Şirkət 2025-ci ilin yazında buraxılması planlaşdırılan NS-31 missiyasında uçacaq altı nəfərdən ibarət ekipajı açıqlayıb. Ekipajda həmçinin Baham əsilli amerikalı aerokosmik mühəndis Aişa Bou, vətəndaş hüquqları müdafiəçisi Amanda Nguen və film prodüseri Keriann Flinn var.

Şirkət qeyd edib ki, Sançes “missiyanı təşkil edib”. "O, kəşfiyyatçılar qrupuna onların Yer haqqında baxışlarına meydan oxuyacaq, öz hekayələrini bölüşməyə imkan verəcək və gələcək nəsilləri ruhlandıracaq davamlı təsir yaratmağa imkan verəcək bir missiyaya rəhbərlik etməkdən qürur duyur."

“CBS Mornings”də cümə axşamı seqmentində “Blue Origin” uçuşuna qoşulduğunu elan edən King deyib: “Eyni zamanda qorxduğumu və həyəcanlandığımı necə izah edəcəyimi bilmirəm. Bu, doğumdan əvvəl hiss etdiyim hisslərə bənzəyir”.

70 yaşlı Kinq, kosmosa uçuşa razılıq verməzdən əvvəl uşaqları və çoxdankı dostu və iş ortağı Opra Uinfri ilə məsləhətləşdiyini söylədi.

Missiya “Blue Origin”-in “New Shepard” proqramı üçün 11-ci ekipaj uçuşu və tarixində 31-ci uçuş olacaq.

Bu uçuş sovet kosmonavtı Valentina Tereşkovanın 1963-cü ildə kosmosa təkbaşına uçuşundan sonra bütün qadın ekipajla ilk uçuş olacaq.

Bu günə qədər “New Shepard” proqramı Yer atmosferini kosmosdan ayıran sərhəd olan Karman xəttinin üzərinə 52 nəfəri qaldırıb.

2021-ci ildə Uilyam Şetner “Blue Origin” missiyası ilə 90 yaşında kosmosa çıxan ən yaşlı insan oldu.

Almaz Həsənli

Seçilən
73
oxumeni.az

1Mənbələr