AZ

“Azerenerji”nin ixrac gəlirləri 28 milyon dollardan çox azalıb

Bu ilin yanvar ayında “Azerenerji”nin ixrac gəlirləri kəskin azalıb. 

Valyuta.az xəbər verir ki, ASC ötən ay cəmi 354 min ABŞ dollar həcmində enerji ixrac edib.

Ötən ilin yanvar ayında isə bu rəqəm 28,7 milyon dollara bərabər olub. Başqa sözlə, son bir ildə “Azerenerji”nin enerji ixracından gəlirləri 98,8% və ya 28,3 milyon dollar azalıb.  

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 7-ci yerdə qərarlaşıb. Əvvəlki ayla müqayisədə “Azerenerji” siyahıda 2 pillə geriləyib.

Xatırladaq ki, ötən ilin oktyabrın 10-da baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib. Ümumilikdə isə 2024-cü ildən etibarən dövlət şirkətinin enerji ixracı üzrə gəlirləri kəskin azalır.

Seçilən
20
valyuta.az

1Mənbələr