AZ

Tibo Kurtua 2 illik fasilədən sonra Belçika millisinə qayıdıb

Bakı, 28 fevral, AZƏRTAC

İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtua Belçika millisi ilə bağlı qərarını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, 32 yaşlı qolkiper iki illik fasilədən sonra yığmaya geri dönüb. Onun mart ayında UEFA Millətlər Liqasının Ukrayna ilə oyunlarında milli komandaya dəvət olunacağı gözlənilir.

Qeyd edək ki, Tibo Kurtua daha əvvəl Belçika seçməsinin baş məşqçisi Domeniko Tedeskonun rəhbərliyi altında milli komandada oynamaq istəmədiyini bildirmişdi. 2011-2023-cü illərdə yığmanın şərəfini qoruyan qapıçı almaniyalı mütəxəssislə yaşadıqları münaqişə səbəbindən 2024-cü il Avropa çempionatında iştirak etməyib.

Seçilən
40
azertag.az

1Mənbələr