AZ

Ceymi Karrager: “Harri Keynin bəxti gətirməyib ki…”

“Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol təhlilçisi olan Ceymi Karrager həmyerlisi Harri Keynin qənimət qazanmaq şanslarını dəyərləndirib.

Arena.az xəbər verir ki, Ceymi Karrager “Tottenhem”in keçmiş futbolçusu, hazırda “Bayern”də çıxış edən ingilis ulduzun cari mövsümdə futbolda nəhayət komanda ilə ilk qənimət qazana biləcəyinə ümid edir:

“Mən onun üçün şad olardım. Bu, onun heç vaxt heç bir qənimət qazanmadığını bayraq edərək ona təkrarlayan bütün axmaqları susmağa məcbur edəcək. Harrinin İngiltərədə “Tottenhem”də – qənimətlər qazanmaması ilə bədnam olmuş klubda oynaması ilə bəxti gətirməyib. Amma bu, onun təqsiri deyil”, deyə Karrager vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 32 oyuna çıxıb, 29 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 77 oyun, 73 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
33
arena.az

1Mənbələr