AZ

Mamicanyan: “Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatı tələb deyil, faktların ifadəsidir”

“Bakıdakı erməni hərbi əsirlərə zərər verməmək üçün danışmırıq” ifadəsi işsizliyi gizlətmək üçün çox yaxşı vasitədir.

Herbiand.az bildirir ki, bunu fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən müxalifətçi deputat Ayk Mamicanyan hakimiyyətin erməni məhbuslarla bağlı bəyanatlarını şərh edərkən deyib.

“İş ya çox cüzidir, ya da yoxdur. Nəticələr sıfırdır. Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanat tələb etmək baxımından mənə yad olan dildə yazılıb. Bu, tələbdən çox faktların ifadəsinə bənzəyir”, - Mamicanyan bildirib.

Hökumətin reaksiyasına, xüsusən də baş nazir Nikol Paşinyanın Ruben Vardanyanın Artsaxa (qondarma – red.) kimin və hansı məqsədlə göndərilməsinin aydınlaşdırılmasının zəruriliyi ilə bağlı bəyanatına gəlincə, o, deyib: “Nikol Paşinyan vətənpərvərlərdən ölümcül qorxur, Ruben Vardanyan və Bakıda saxlanılan digər həmyerlilərimiz isə vətənpərvərdir. Hansı yırtıcı olmalısan ki, bir adamın gələcəkdə siyasi ambisiyaları ola biləcəyini düşünüb Bakıda əziyyət çəkməsinə icazə verəsən? Mənim üçün bu qəbuledilməzdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
47
herbiand.az

1Mənbələr