AZ

Abşeronda QƏZA: Yük maşını yaşayış evinin DİVARINA ÇIRPILDI

Abşeron rayonunun Məmmədli qəsəbəsində yük maşını yaşayış evinin divarına çırpılıb.

News24.az Oxuşaz-a istinadla xəbər verir ki, hadisə qəsəbənin Hüseyn Rəhmanov küçəsində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev faktı təsdiqləyib.

"Yol-nəqliyyat hadisəsi fevralın 28-i saat 6:30 da baş verib. Belə ki, 77-SQ-516 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Teymur Ruslan oğlu Rzazadə yerin sürüşkən olması səbəbindən sərt döngədə idarəetməni itirib və qarşıdan gələn avtobusla toqquşmamaq üçün sükanı çevirib. Nəticədə nəqliyyat vasitəsi yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində sürücü ayağından yüngül dərəcədə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır", - deyə açıqlamasında bildirilir.

Seçilən
76
3
news24.az

4Mənbələr