Ufa sakini ərinin arxasınca müharibəyə gedib və onu ölümdən xilas edib.
Publika.az xəbər verir ki, bu barədə “Sterlitamaksky Rabochy” nəşri məlumat yayıb.
Döyüş bölgəsində rus qadın əsgərlərə yemək hazırlayaraq, təsərrüfat işləri ilə məşğul olub. Bir gün ərinin bölməsi döyüş tapşırığına gedib və geri qayıtmayıb.
Bir müddət sonra qadının əri qayıdıb. O, əminliklə deyib ki, onu ilahi bir qüvvə xilas edib.
Qeyd olunur ki, həmin vaxt qadın itkin düşən əri üçün dayanmadan dua edib və göz yaşları içində Allahdan kömək istəyib.