AZ

Ukrayna Müdafiə Nazirliyi “Gulliver” robotunun istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi “Gulliver” universal yerüstü robot kompleksini kodlaşdırıb və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrində istismarına icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Gulliver”, çətin hava şəraitində geniş spektrli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub.

Bildirilib ki, “Gulliver” yerüstü robot kompleksi Ukrayna hərbçilərinin döyüş təcrübəsi nəzərə alınmaqla ukraynalı mühəndislər tərəfindən layihələndirilib. Robotdan döyüş sursatı və avadanlıqların çatdırılmasında, habelə yaralıların təxliyə edilməsində istifadə oluna bilər. Həmçinin “Gulliver” yerüstü robotuna döyüş modullarını quraşdırmaq mümkündür.

Robot asfalt yollarda 300 kiloqramdan çox, yolsuzluq şəraitində isə bir qədər yüngül yükü çatdıra bilir. Onun dartqı gücü kiçik hərbi maşınları palçıqdan çıxarmağa kifayət edir.

Seçilən
69
poliqon.az

1Mənbələr