AZ

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərə müntəzəm şəhərlərarası reyslərintəşkil edilməsi, vətəndaşların sözügedən ərazilərə səfər edərkəngeridönüş vaxtlarını da seçə bilmələri bu reyslərdən istifadəyəmarağı artırıb.

2024-cü ilin sentyabrından 2025-ci ilin 25 fevral tarixinədəkXankəndi – Bərdə və Bakı – Xankəndi – Laçın müntəzəm şəhərlərarasıreysləri vasitəsilə 1270 reys üzrə 11 682 sərnişin daşınıb.

Həmçinin keçirilmiş müsabiqələr əsasında Mingəçevir – Xankəndi –Laçın və Gəncə – Xankəndi – Şuşa marşrut xətləri üzrə daşıyıcılarmüəyyən olunub və sərnişin daşımalarının təşkilinə başlanılıb.İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu və məskunlaşmaplanlarına əsasən mərhələli qaydada digər müntəzəm şəhərlərarasımarşrut xətlərinin təşkili də nəzərdə tutulur.

Hazırda işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinintəşkili üçün kifayət qədər marşrut və avtobuslar mövcuddur vədaşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Bununlayanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamətüzrə – Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə dəsəfər etmək imkanı vardır.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayından AzərbaycanRespublikası vətəndaşlarının işğaldan azad edilmiş əraziləriziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı,Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa –Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb.Sözügedən reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalıüzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyənedilmiş saatlarda ziyarət ediblər.

Vətəndaşların işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildəsəfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedənərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələrişərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habeləalternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq,“yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərinmüntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərəavtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 mart tarixindənetibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az”portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldəetmələri xahiş olunur.

Seçilən
37
27
az.trend.az

10Mənbələr