AZ

Xankəndidə Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə mövcud vəziyyət və qarşıda duran məsələlərin müzakirəsi olub.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Çıxışlarda ölkəmizidə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb.

Sonra FHN-in Qarabağ Regional Mərkəzinin istifadəsində olan müasir texnika və avadanlıqlara baxış keçirilib, tədbir iştirakçılarına fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumat verilib.

Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə
Seçilən
106
5
apa.az

6Mənbələr