AZ

Yer kürəsi hər il 4,5 trilyon siqaret kötüyü ilə çirklənir

UNEP-in məlumatına əsasən hər il atılan təxminən 4,5 trilyon siqaret kötüyü, ətraf mühitə böyük bir plastik çirklənmə yükü gətirir, nəticədə torpaq və su mühitində ciddi problemlər yaradır. Siqaret filtrlərinin böyük hissəsi əslində, asetilsellüloza liflərindən hazırlanmış plastik materialdır və təbii şəraitdə çox yavaş parçalanır. Onların parçalanması 10 ilə qədər çəkə bilir. 

Siqaret filtrləri suya və torpağa qarışaraq mikroplastiklərə çevrilir və dəniz canlıları tərəfindən udulur. Bu, yalnız ekosistem üçün təhlükə yaratmır, eyni zamanda qida zəncirinə və dolayısıyla qida vasitəsilə orqanizmə daxil olaraq insan sağlamlığını riskə atır.
Tullantıların düzgün idarə olunması davamlı inkişaf və sağlam gələcək üçün vacibdir. Ekologiya.az
Seçilən
59
ekologiya.az

1Mənbələr