AZ

Füzuli irsinə bp-dən töhfə

Bakı. Trend:

Bu gün bp poeziya dünyasının zirvələrindən biri olan, insanınhiss və duyğularının dərinliyini poeziya dilində bənzərsiz ifadəetmiş qüdrətli söz ustası Füzuli haqqında iki cildlik kitab təqdimedib. Kitab dahi şairin 530 illik yubileyinə bp-nin töhfəsidir.

Füzuli məhəbbət, mistika, insan ruhu və varlığı mövzularını elm,sənət, məntiq və poetik təxəyyül elementləri ilə təkrarsız şəkildəbirləşdirmək bacarığı ilə misilsiz və ölməz ədəbi irs yaratmışdır.Bu irs müxtəlif dövrlərdə bir çox şairləri, yazıçıları,musiqiçiləri və rəssamları cəlb edərək onun haqqında ədəbiyyat,musiqi və incəsənətin müxtəlif sahələrində əsərlər yaratmağaruhlandırmışdır.

Yeni təqdim olunan kitab Füzuliyə həsr olunmuş bütün şeirlər,poemalar, romanlar, pyeslər və hekayələrdən, eləcə də onun müxtəlifdövrlərdə fərqli rəssamlar tərəfindən yaradılmış çoxsaylıportretlərindən və əsərlərinə çəkilmiş illüstrasiyalardan ibarətgeniş və hərtərəfli materiallar toplusudur.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda vitse-prezidentiBəxtiyar Aslanbəyli deyib:

“Poeziya nəhəngi Füzuliyə aid əsərlərin hərtərəfli və əhatəlitoplusu olan bu nəfis nəşri təqdim etməkdən çox məmnunuq. Füzulininpoeziyası emosional dərinliyi və ifadə gücü ilə nəsilləri heyranetmiş və onlara təsir göstərmişdir. Bu gün də onun şeirləriruhumuza toxunaraq poetik ifadənin misilsiz gücü və qüdrəti, mistikmetaforalar və simvollardan istifadə bacarığı ilə biziheyrətləndirir. Füzulinin əsərləri təkcə mükəmməl ədəbiyyatnümunələri deyil, eyni zamanda insan ruhunun və onun fəlsəfi vəemosional mürəkkəbliyinin dərinliklərinə nüfuz etmək gücününtəcəssümüdür.

Ölməz şairin yubiley tədbirlərinə bu kiçik töhfəni verməkdənhəqiqətən qürur duyuruq və inanırıq ki, bu nəşr Füzulinin dünyapoeziyasında müstəsna mövqeyini vurğulayan, onun parlaq poetikdühasını daha geniş tanıdan dəyərli bir mənbə olacaq. Ədəbiyyat vəincəsənət var olduqca, Füzuli irsi daim ehtiramla oxunacaq vəaraşdırılacaq.”

1140 səhifəlik bu nəşrə Füzuli haqqında və ya ona həsr olunmuş220-dən çox ədəbi əsər - 186 şeir, 7 poema, 13 pyes, 13 hekayə, 2roman, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmişminiatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli vəbeynəlxalq rəssam tərəfindən yaradılmış 226 portret və rəsm əsəridaxil edilib.

Layihənin dəyəri təxminən 71000 AZN-dir (41700 ABŞ dolları) vəəsasən məzmunun toplanması və çap xərclərini əhatə edir.

Layihənin icraçısı Azərbaycan Dövlət Nəşriyyatı -“Azərnəşr”dir.

Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik vətədqiqat institutlarına, eləcə də universitetlərə bp-ninhədiyyəsidir.

Məqalədə:
Seçilən
60
5
az.trend.az

6Mənbələr