AZ

“Şahdağ Qusar” - “Kür-Araz” qarşılaşması baş tutmadı - Səbəb

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/25 mövsümünün 14-cü turunun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Buna “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsi səbəb olub. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, meydan sahibi olan “Şahdağ Qusar” komandası, oyun rəsmiləri təyin olunan vaxtda stadion olublar. Stadion da oyun üçün tam hazır vəziyyətə gətirilib.

Seçilən
72
1
arena.az

10Mənbələr