AZ

Adil Kərimli Qəbələdə vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Adil Kərimli fevralın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə nazir Adil Kərimli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

Seçilən
70
5
publika.az

8Mənbələr