AZ

Vergi borcu olan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb

"Asbellawood" MMC nizamnamə kapitalını 1 milyon 100 010 manatdan 10 manata endirib. 

Valyuta.az xəbər verir ki, bu azalmanın səbəbi şirkətin nizamnamə kapitalına qoyduğu əmlakı geri götürməsidir.

Qeyd edək ki, şirkətin 16 706 manat vergi borcu var. 

"Asbellawood" MMC 2017-ci ilin may ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əsgərli Arif Novruz oğludur.

Maya Hüseynova

Seçilən
37
valyuta.az

1Mənbələr