Bakı. Trend:
28 fevral tarixində UNESCO-nun mənzil-qərargahında AzərbaycanRespublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO-nunDünya İrs Mərkəzi, Afrika Dünya İrs Fondu və Cənubi AfrikanınUNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə“Afrikada dünya irsinin dəstəklənməsi” adlı tədbir keçirilib.
Trend xəbərverir ki, Afrikada Dünya İrs Konvensiyasına dəstəyin artırılmasıyollarının müzakirə edildiyi tədbirdə, Afrikanın zəngin mədəni vətəbii irsinin qorunması, eləcə də onun UNESCO-nun Dünya İrsiSiyahısında layiqli təmsil olunması üçün beynəlxalq əməkdaşlığın vəmaliyyə resurslarının artırılmasının zəruriliyi vurğulanıb.
Tədbirin açılışında AR-in UNESCO yanında daimi nümayəndəsi səfirElman Abdullayev ilə yanaşı UNESCO baş direktorunun mədəniyyətməsələləri üzrə müavini Ernesto Ottone, baş direktorun PrioritetAfrika və xarici əlaqələr üzrə müavini Firmin Matoko, eləcə dəAfrika Dünya İrs Fondunun idarə heyətinin üzvü, Namibiyanın UNESCOyanında daimi nümayəndəsi Albertus Oşamub çıxış ediblər.
Daimi nümayəndə E.Abdullayev çıxışı zamanı bildirib ki,genişliyinə və rəngarəngliyinə rəğmən Afrikanın mədəni irsi Dünyaİrs Siyahısında qeyri-proporsional şəkildə təmsil olunur. Belə ki,sözügedən siyahıya daxil olan mədəni mülkiyyətin cəmi 12.2%Afrikanın payına düşür. Üstəlik, UNESCO-nun təhlükə altında olanabidələr siyahısına daxil olan abidələrin 32%-i məhz Afrikadayerləşir. Bu statistik göstəricilər Afrika irsinin qorunması vədaha geniş təmsil olunması üçün təcili tədbirlərin görülməsinitələb edir. Bu xüsusda Afrikada fəaliyyət göstərən tərəfdaşlaramaliyyə və texniki dəstəyin artırılmasının önəmini qeyd edən səfirE.Abdullayev, daha öncə Azərbaycan-UNESCO Etimad Fondudan AfrikaDünya İrs Fonduna müvafiq dəstəyin göstərildiyini, habelə 2025-ciildə sözügedən Fonda növbəti dəfə maliyyə dəstəyinin ayrıldığınıvurğulayıb. Səfir E.Abdullayev həmçinin dünya miqyasında mədəniirsin qorunmasına davamlı dəstəyinə görə Dünya İrs Mərkəzinətəşəkkür edib.
Tədbir Dünya İrs Mərkəzinin nümayəndəsi və Afrika Dünya İrsFondunun rəhbəri tərəfindən edilmiş təqdimat-prezentasiya ilə davamedib.
Daha sonra Afrika Dünya İrs Fondu icraçı direktoru AlbinoJopelanın moderatorluğu ilə “Afrikada Dünya İrs Konvensiyasınıntətbiqinin dəstəklənməsi” adlı dəyirmi masası təşkil olunub.Dəyirmi masada Ruanda, Norveç, BƏƏ, Cənubi Afrika, Uqanda, KoreyaRespublikası, Səudiyyə Ərəbistanı və Keniyanın UNESCO yanında daiminümayəndələri çıxış ediblər. Tədbir Cənubi Afrika nümayəndəsininçıxışı ilə yekunlaşıb.
Qeyd edək ki, mənzil-qərargahı Cənubi Afrika Respublikasındayerləşən Afrika Dünya İrs Fondu UNESCO-nun dəstəyi ilə 2006-cı ildəAfrika İttifaqı tərəfindən yaradılıb. Təşkilat Afrikada Dünya İrsKonvensiyasının həyata keçirilməsi, o cümlədən mədəni və təbiiirsin effektiv şəkildə qorunması və mühafizəsinin gücləndirilməsiistiqamətində Afrika ölkələrinə dəstək göstərir.