AZ

Pakistanda məsciddə partlayış baş verib: 5 nəfər ölüb - YENİLƏNİB

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) yerli polisə istinadən məlumat yayıb.

"Pakistanın şimal-qərbindəki Darul Ulum Haqqaniya məscidində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb", - məlumatda bildirilib.

14:27

Partlayış “Taliban” hərəkatını dəstəkləyən seminariyanın məscidində baş verib.Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

14:24

Pakistanın şimal-şərqindəki Akora Hattak şəhərində yerləşən məsciddə partlayış baş verib, bir neçə nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Akora Hattak şəhərindəki Darul Ulum Haqqaniyya məscidində partlayış baş verib, bir neçə nəfər xəsarət alıb", - telekanal bildirib.

"Cebheinfo.az" 

Seçilən
89
3
cebheinfo.az

10Mənbələr