AZ

Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan

Sülh müqaviləsində müşahidə missiyasından bəhs edilmir, burada ümumi ifadə var, söhbət Avropa İttifaqının daxil ola biləcəyi üçüncü qüvvələrin olmasından gedir, lakin sülh sazişində Aİ-nin xüsusi müşahidə missiyasından bəhs edilmir.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, fevralın 28-də jurnalistlərlə söhbətində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, sülh müqaviləsi layihəsi barədə də danışıb:

“Uzun illərin əməyi sayəsində biz 15 maddə üzrə razılığa gəlmişik. Son ikisi hələ razılaşdırılmayıb, lakin Ermənistan bu iki maddənin də tamamlanması üzərində işləməyə davam edəcək. Hazırda müzakirələr gedir və hazır olanda cavabımızı göndərəcəyik. Məsələlərdən biri Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olması, eləcə də diplomatik müharibənin başa çatması ilə bağlıdır”.

Azərbaycan nə tələb edir sualına Armen Qriqoryan belə cavab verib:

“Burada danışıqlarda tez-tez olduğu kimi, yanaşmalar da fərqlidir və bu günə qədər öz həllini tapmayıb”.

Xəbər 4 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr