AZ

Gəncədə 12 nəfəri əmək müqaviləsiz işlədən şəxs barəsində cinayət işi başlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, şəhər ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı "Fazil-20" MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq davam edir.
Seçilən
73
50
oxu.az

10Mənbələr