AZ

Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətlərinin tənzimlənməsi çərçivəsi” mövzusunda təlim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı tərəfindən media nümayəndələri arasındamərkəzi bankçılıq və maliyyə sahəsində məlumatlılığın artırılmasıməqsədilə təlimlərin və məlumat sessiyalarının təşkili davametdirilir.

Trend AMB-yəistinadən xəbər verir ki, bu çərçivədə növbəti təşəbbüs “Ödənişxidmətlərinin tənzimlənməsi çərçivəsi” mövzusunda təliminkeçirilməsi olub.

Qarşılıqlı müzakirə çərçivəsində keçən təlim zamanı ödənişxidmətləri və ödəniş sistemləri üzrə əsas hüquqi çərçivə, ödəniştəşkilatının, elektron pul təşkilatının və ödəniş sistemioperatorunun xidmətləri, eləcə də onların tənzimlənməsi və nəzarətproseduru haqqında ətraflı məlumat diqqətə çatdırılıb.

Mərkəzi Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərininfəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyevtərəfindən ödəniş sistemi operatorları ilə ödəniş xidmətitəchizatçıları arasındakı fərqlər, xarici ödəniş xidmətitəchizatçılarının və ödəniş sistemi operatorlarının ölkədəfəaliyyəti üzrə tələblər, fintexlərin bank sisteminə təsirininqiymətləndirilməsi və onların ödəniş bazarında tətbiqi kimiməsələlər də əhatə olunub.

Təlimin gedişatı zamanı iştirakçıların təqdim olunan mövzularətrafında sualları cavablandırılıb.

Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımovun təlimdəiştirak edən media nümayəndələri ilə görüşü də baş tutub.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Seçilən
79
1
az.trend.az

2Mənbələr