AZ

Azərbaycanda erməni məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar yalandır - XİN

Bakı. Trend:

Azərbaycanda erməni məhbuslara qarşı qəddar rəftarla bağlıiddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xariciİşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibəcinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlıəsassız bəyanatına dair şərhində deyilir.

"Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadisəfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyatakeçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkilolunub.

Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonrahumanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrəöhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və yasaxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığaburaxıb və repatriasiya edib.

Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistanaqaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həminşəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. ErmənistanXİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cüildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çoxqeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa vəAzərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib",- o qeyd edib.

Seçilən
47
13
az.trend.az

10Mənbələr