AZ

Andrey Plenkoviç Mikayıl Cabbarovu qəbul edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olub.

Doğru.az xəbər verir ki, o bu barədə özünün “X” sosial şəbəkə hesabında bildirib:

“Azərbaycan-Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”.

DOĞRU.AZ

Seçilən
61
4
dogru.az

5Mənbələr