AZ

PSJ “Bavariya”nın futbolçusu ilə maraqlanır

“Bavariya”nın futbolçusu Yozua Kimmix karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Paris klubu ötən yay almaniyalı futbolçuya müqavilə təklif etsə də, “yox” cavabı alıb.

“Bavariya” Kimmixlə sözləşməni yeniləmək istəyir və danışıqlar davam edir. Onun müqaviləsi mövsümün sonuna kimidir.

Seçilən
58
futbolpress.az

1Mənbələr