AZ

Rusiyadakı miqrantlara daha bir QADAĞA

Rusiyanın Voloqda vilayətinin hakimiyyəti miqrantlara tikinti sahələrində işləməyi qadağan edib.

Bizim.Media xəbər veri ki, bu barədə Voloqda vilayətinin qubernatoru  Georgi Filimonov qərar imzalayıb.
 

Qərar əsasən, Voloqda vilayətində əcnəbi işçilərin işə götürülməsinin qadağan olunduğu fəaliyyətlərin siyahısı genişləndirilib.


Yeni siyahıya digər məsələlərlə yanaşı, binaların tikintisi və sökülməsi, sənaye avadanlıqlarının quraşdırılması, tikinti sahələrinin hazırlanması da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl Krasnodar vilayətində miqrantlara tikinti sahələrində işləmək qadağan edilib.

Bizim.Media

Seçilən
63
bizim.media

1Mənbələr