AZ

"Barselona" heyətini "Espanyol"un qolkiperi ilə gücləndirmək istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyanın "Barselona" klubu "Espanyol"un qapıçısı Xuan Qarsiya ilə maraqlanır.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu mövqeni gücləndirmək niyyətindədir.
23 yaşlı qapıçı ilə Dani Olmonun agenti eyni şəxsdir. Yarımmüdafiəçi "Barselona"ya keçən zaman klub rəsmiləri agentə qolkiperi də heyətlərində görmək istədiklərini bildiriblər. Kataloniyalılar son həftələrdə bu yöndə səylərini artırıb.
"Espanyol" La Liqada qalsa, Qarsiyanın transfer məbləği 25 milyon avro olacaq. Əks təqdirdə isə bu məbləğ xeyli azalacaq.
Qeyd edək ki, Xuan Qarsiya cari mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb və 36 qol buraxıb. O, dörd matçda qapısını toxunulmaz saxlayıb.
Seçilən
160
50
oxu.az

10Mənbələr