AZ

Azərbaycan bankları biznes kreditləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər

Bakı. Trend:

Azərbaycan banklar cari ilin birinci rübündə ümumi bizneskreditləri, o cümlədən, MKOS subyektləri üzrə kredit tələbindədəyişiklik olmayacağını gözləyirlər.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinədair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin IV rübündə biznes kreditləri üzrəstandartlara sərtləşdirici təsir edən amillər bankların riskiştahaları və maliyyələşmə dəyəri olub.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilinIV rübündə MKOS və iri sahibkarlıq subyektlərinə verilən kreditlərüzrə tələbdə artım müşahidə edilib. Respondentlər tərəfindən tələbəartırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyəkapitalına ehtiyacın olması bildirilib.

Banklardan gələn məlumatlara əsasən, dövriyyə kapitalıehtiyaclarında artımın əsas səbəbi borcalanların bizneslərinigenişləndirməsidir.

2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, mikro vəiri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlardadəyişiklik olmasa da, KOS subyektləri üzrə kredit standartlarındasərtləşmə müşahidə edililib. Banklar növbəti rübdə ümumi bizneskreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrəkredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrəisə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər.

Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərinəsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərinmaya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.

Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artımtempinin növbəti rüb də davam edəcəyini göstərir.

Seçilən
42
3
az.trend.az

4Mənbələr