Gəncədə avtomobil motosikletlə toqquşub.
Sfera.az Bizim.media.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Aqrar Universitetinin Mühəndislik fakültəsinin binasının qarşısında baş verib.
Hərəkətdə olan “Mersedes” markalı avtomobillə kuryer fəaliyyəti ilə məşğul olan motosikletçi toqquşub. Şahidlərin sözlərinə görə hadisə zamanı kuryerin ayağı sınıb və onu xəstəxanaya aparıblar.
Faktla bağlı araşdırma aparılır.