AZ

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də gümüş medal qazanıb

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycan cüdoçusu Turan Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda rusiyalı Ayub Bliyevlə qarşılaşıb. Rəqibinə uduzan T.Bayramov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, 23 ölkədən 242 cüdoçunun iştirak etdiyi "Böyük Dəbilqə"yə martın 2-də yekun vurulacaq. Azərbaycan turnirdə 3 idmançı ilə təmsil olunur.

Seçilən
73
1
azertag.az

2Mənbələr