AZ

USAID 4.4 milyard dollarlıq qrantı ləğv edib – 6 min uzunmüddətli layihə hələ də araşdırılır

ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) dəyişikliklərin birinci mərhələsi nəticəsində 4100-dən çox qrant ləğv edilib.

Ulusal.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, nəticədə 4,4 milyard dollara qənaət edilir. Dövlət Departamenti 15 gün ərzində ümumi dəyəri 15,9 milyard dollardan çox olan 9 mindən çox xarici yardım qrantını qiymətləndirib.

Ərzaq yardımı, HİV, vərəm və malyariya xəstəliyinin müalicəsi üçün dərmanların tədarükü proqramları, Livan, Haiti, Venesuela, Kuba və Amerika qrantlarına ciddi ehtiyacı olan digər ölkələr üçün yardım proqramları qorunub saxlanılıb.

USAİD-də araşdırmalar birbaşa ABŞ dövlət katibi Marko Rubionun rəhbərliyi altında aparılır. ABŞ prezidenti Donald Tramp Rubioya “vergi ödəyicilərinin dollarlarının Amerikanı daha güclü, təhlükəsiz və firavan etmək üçün istifadə edilməsini” təmin etməyi tapşırıb. 58 milyard dollar dəyərində 6000-dən çox uzunmüddətli qrant hələ də nəzərdən keçirilir.“AzPolitika.info”

Seçilən
41
moderator.az

1Mənbələr