AZ

İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı olmuş Zahir Əsgərovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

“İki sahil” xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin baxış iclası iyunun 18-nə təyin olunub.

Xatırladaq ki, Zahir Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi I instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Seçilən
28
4
ikisahil.az

8Mənbələr