Azərbaycan cüdoçusu Turan Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışında fəxri kürsüyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız öncə Yuntao Van (Çin), daha sonra Mehroc Sufiyevə (Tacikistan) qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Turan özbəkistanlı Bəhram Boturovu da üstələdiyinə görə finalda güləşmək hüququna yiyələnib. Təəssüf ki, həlledici görüşdə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Ayub Bliyevu məğlub etmək mümkün olmayıb.

T.Bayramovdan savayı, bu gün tatamiyə daha iki həmvətənimiz çıxıb. Ancaq həm Balabəy Ağayev (60 kq), həm də Yaşar Nəcəfov (66 kq) 1/8 finalda mübarizəni dayandırıb.

Bununla da, Daşkəndə 3 idmançı ilə yollanan yığmamız martın 2-dək davam edəcək "Böyük Dəbilqə"də çıxışını başa vurub.