AZ

UEFA Yurgen Kloppu təhqir edən hakimi cəzalandırıb

İngiltərəli futbol hakimi Devid Kut diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, ədalət təmsilçisini UEFA cəzalandırıb.

O, 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb. O, futbolun və UEFA-nın reputasiyasına xələl gətirdiyi və əsas davranış qaydalarını pozduğuna görə belə cəza alıb.

Qeyd edək ki, ötən ilin noyabrında Kutun Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi video yayılmışdı. Bir ay sonra İngiltərə Peşəkar Futbol Hakimləri Assosiasiyasından kənarlaşdırılıb və ardınca UEFA araşdırmalara başlayıb. O, AVRO-2024 zamanı qadağan olunmuş preparatlardan istifadədə də şübhəli hesab olunur.

İdman.biz

Seçilən
59
idman.biz

1Mənbələr