Kişi voleybolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Yüksək Liqasında inamlı qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, XIII turun bu gün baş tutan yeganə matçında “ağ-qaralar” MOİK-ə şans verməyib.
Qarşılaşma “Neftçi”nin 3:0 (25:15, 25:23, 25:9) hesablı qalibiyyəti ilə bitib.
Qeyd edək ki, tura martın 3-də yekun vurulacaq.