AZ

Aİ narahatdır: Tramp ittifaqı müttəfiq yox, düşmən hesab edir

ABŞ prezidenti Donald Tramp Aİ-ni müttəfiq kimi yox, əksinə, ölkənin düşməni kimi görür.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Pais” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Tramp Aİ-nin ABŞ-ı “narahat etmək” üçün yaradıldığını deyib. Onun sözləri ittifaqda narahatlıq yaradıb. Qəzet qeyd edir ki, Trampın sözləri blokla ticarət müharibəsi fonunda Avropa qurumlarına göstərdiyi nifrəti ifadə edir.

“Trampın artıq Aİ-ni müttəfiq yox, düşmən hesab etdiyinə dair daha çox əlamət var”, - Brüsseldəki adı açıqlanmayan mənbə qeyd edib.

Qəzet Trampın Aİ ilə bağlı sözlərinə cavab olaraq Avropa liderlərinin reaksiyalarını da təsvir edir. Xüsusilə Polşanın baş naziri Donald Tuskun reaksiyasını xatırladıb və o, Aİ-nin “heç kəsi qınamaq fikrində olmadığını” söyləyib.

Seçilən
39
publika.az

1Mənbələr